BAKI, 11 iyun. TELEQRAF

“Uşaq hüquqlarının müdafiəsi dövlətin prioritet istiqamətlərindən biridir. Bu sahədə qanunvericilik daim təkmilləşdirilir".

Teleqraf xəbər verir ki , bu fikirləri Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova deyib.

"Təhsil müəssisələrində yetkinlik yaşına çatmayanlara qarşı, eləcə də onların bir-birinə qarşı davamlı aqressiv davranışlarının qarşısının alınmaması inzibati xəta kimi nəzərdə tutulub. Belə hallarda təhsil müəssisələrinin əməkdaşları tərəfindən zəruri tədbirlərin görülməməsinə görə məsuliyyət müəyyən edilib. Bu məsələ yalnız təhsil müəssisələrini əhatə etmir. Uşaqlara qarşı təzyiq və aqressiv davranışların qarşısının alınmamasına görə istirahət, mədəniyyət və penitensiar müəssisələrin işçiləri üçün də inzibati məsuliyyət yaradır " ,- o vurğulayıb.