BAKI, 5 iyun. TELEQRAF

2026-2027-ci tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu günə qədər 106 min nəfərə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb.

Qeyd edək ki, mayın 6-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb.

Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.