BAKI, 5 iyun. TELEQRAF

Tullantıların idarə olunması ilə bağlı islahatlar həyata keçirilir.

Teleqraf xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə deyib.

O bildirib ki, eyni zamanda plastik çirklənmələrə qarşı mübarizə məqsədilə qlobal səviyyədə aparılan beynəlxalq danışıqlara töhfə verilir.

"Bu sahədə artıq yeni strategiyanın da Azərbaycanda hazırlanması nəzərdə tutulur", - nazir vurğulayıb.