Bu ilin ilk 4 ayı ərzində isə ölümü məhkəmə qətnaməsi əsasında qeydə alınmış 767 şəxsin hamısının barəsində şəhadətnamə tərtib edilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ötən ilin ilk 4 ayı ərzində ölümü məhkəmə qətnaməsi əsasında qeydə alınmış mərhumların sayı 672 olub.
Həmçinin bildirilib ki, ötən il 2481 nəfərin ölümü məhkəmə qətnaməsi əsasında rəsmiləşdirilib. Onlardan 2322 nəfərin barəsində ölüm haqqında şəhadətnamə verilib.