BAKI, 19 may. TELEQRAF
Azərbaycanlı məktəblilər İtaliyanın Çezenatiko şəhərində keçirilən Avropa Qızlar İnformatika Olimpiadasında ("European Girls’ Olympiad in Informatics") bürünc medal qazanıblar.
Bu barədə Teleqraf-a Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, olimpiadada 67 ölkədən 242 nəfər məktəbli iştirak edib. Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 11-ci sinif şagirdi Rahidil Bayramlı və həmin liseyin 10-cu sinif şagirdi Xədicə Məhərli olimpiadada fərqləniblər.
Qeyd edək ki, Avropa Qızlar İnformatika Olimpiadası 2021-ci ildən etibarən keçirilir və məktəblilərimiz bu günə kimi bu olimpiadada 1 qızıl, 2 gümüş, 7 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar.