BAKI, 13 may. TELEQRAF

“Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) 3 min könüllü prosesə cəlb olunub. Onların 100-ə yaxını əcnəbi könüllülərdir".

Teleqraf xəbər verir ki, bu sözləri WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov deyib.

O bildirib ki, layihədə xaricdən gələn könüllülər də iştirak edir.