BAKI, 10 aprel. TELEQRAF

Aprelin 7-də saat 16:00 radələrindən etibarən zəhərlənmə şübhəsilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan şəxslərin son durumu açıqlanıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, 15 nəfər zəhərlənmişdi. Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunmuşdu.