BAKI, 7 aprel. TELEQRAF

Yanvar-mart ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 200 742 manat vəsaitin işçilərə ödənilməsi gecikdirilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

"Bu vəsaitlərin 87 faizi əməkhaqqı, qalan hissəsi zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 44 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar", - məlumatda qeyd olunub.