BAKI, 4 mart. TELEQRAF
“160 minə yaxın tələbə artıq "TələbəPlus" kartından istifadə edir. Gələcəkdə bu kart vasitə ilə müəllimlərlə yanaşı, tələbələrə də nəqliyyatda 10 faiz endirim nəzərdə tutulur”.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini qeyd edib ki, bu barədə yaxın zamanda ictimaiyyətə məlumat verilməsi nəzərdə tutulur.