BAKI, 10 fevral. TELEQRAF
"Bu il üçün pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manat nəzərdə tutulub".
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılması və pensiya sahəsində görülmüş işlərə dair brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.
O bildirib ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir.
"Yeni Sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə uyğun olaraq 5,6 faiz artırılıb", - o vurğulayıb.
Onun sözlərinə görə, məqsəd yalnız birədəfəlik artımlar deyil, davamlı və proqnozlaşdırılan sosial təminat siyasətidir. Artımlar avtomatik qaydada olacaq.
"Fərdi hesabında 50 min manat olan şəxsin pensiya kapitalı 2800 manat artacaq. Bu da pensiya kapitalının təkcə aylıq sosial sığorta ayırmaları hesabına deyil, hər il indeksləşdirilmə yolu ilə artması deməkdir", - o, əlavə edib.