BAKI, 29 yanvar. TELEQRAF
Bu gün Məmmədbəyliyə qayıdan sakinlərə mənzillərinin açarları təqdim edilib.
Teleqraf xəbər verir ki, açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə kəndə 26 ailə geri qayıdıb.

***
13:13
Bu gün növbəti köç karvanı Məmmədbəyliyə çatdı.
Teleqraf xəbər verir ki, bu mərhələdə kəndə 146 nəfərdən ibarət 26 ailə geri qayıdıb.
.jpg)
***
06:37
Bu gün "Qobu Park 3" yaşayış kompleksindən Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Teleqraf xəbər verir ki, kəndə 146 nəfərdən ibarət 26 ailə köçürülüb.
Keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
.jpg)
"Qismət bu günə imiş"
Keçmiş məcburi köçkün Səlim Məmmədov kəndə həyat yoldaşıyla qayıdır. Deyir, Məmmədbəyli ilə bağlı həsrəti bu gün sona çatır.
"Mən kəndimizə bir neçə dəfə getmək istəmişəm, amma alınmayıb, ürəyim dözməyib. Bu günə qismət imiş, şükürlər olsun.
Allah Prezidentimizin, qazilərimizin canını salamat eləsin. Şəhidlərimizin isə ruhu qarşısında baş əyirəm".
.jpg)
"İndi sayımız 15-ə çatıb"
Bu gün qardaşını Məmmədbəyliyə yola salan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, Böyük Qayıdış proqramının bir parçası olmaq böyük xoşbəxtlikdir:
"Bundan öncə atamgili və balaca qardaşımı yola salmışdım. Bu gün isə ortancıl qardaşım qayıdır. Kənddən çıxanda ailəmiz 6 nəfərdən ibarət idi, indi sayımız 15-ə çatıb, dövlətimiz də sağ olsun ki, hər nüansı nəzərə alıb. Orada möhtəşəm evlər tikilib, sakinlər razılıq edirlər".
Qeyd edək ki, ölkə başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.