BAKI, 16 yanvar. TELEQRAF
Nigar Səfxanova Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin olunub.
Bu barədə Teleqraf-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Yeni təyin olunmuş direktor kollektivə Agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov tərəfindən təqdim edilib.
Nigar Səfxanova Bakı Dövlət Universitetində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr, ADA Universitetində isə “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistratura təhsili alıb.
O, 2018–2022-ci illərdə Göygöl rayon Üçbulaq kənd ümumi orta məktəbində müəllim, 2022–2024-cü illərdə həmin məktəbdə direktor vəzifəsində çalışıb. 2024-cü ildən etibarən son təyinatadək Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərib.