BAKI, 16 yanvar. TELEQRAF
Ümumi təhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi başlamaq üzrədir, amma müsabiqənin ötənilki qalib və mükafatçıları hələ də medal və diplomlarını ala bilməyiblər.
Bu barədə Teleqraf-ın Mərkəzi Aran bürosuna valideynlər məlumat verib.
Qeyd olunub ki, bu hal respublika fənn müsabiqələri tarixində ilk dəfə yaşanıb.
Məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Təhsil İnstitutundan bildirilib ki, respublika fənn müsabiqələrinin medallar və diplomları növbəti həftə müvafiq regional təhsil idarələrində olacaq.
"Medalların verilmə tarixini onlar təyin edəcək", - məlumatda qeyd olunub.