BAKI, 5 yanvar. TELEQRAF

2025-ci ilin dekabr ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 25 aptekdə yoxlama həyata keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Bildirilib ki, bu yoxlamalardan 9-u Bakı şəhərində, 16-ı isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

"Yoxlamaların 11-i planlı, 14-ü isə plandankənar olub.

Aparılmış yoxlamalar nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib", - məlumatda qeyd olunub

.