BAKI, 1 yanvar. TELEQRAF
Yanvarın 1-i gecə və səhər bəzi dağlıq ərazilərdə qar yağıb.
Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, qarın hündürlüyü Şərurda (Biçənək) 29, Qaxda (Sarıbaş) 17, Qusarda 12, Gədəbəydə 7, Şahbuzda 6, Sədərəkdə 5, Xınalıq, Qrızda 4, Şəki, Xaltan, Şahdağ, Culfada 1 sm-dir.
Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Mingəçevirdə 26, Bakıda və Abşeron yarımadasında 24, Şahdağda 20 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.