BAKI, 29 dekabr. TELEQRAF
Azad edilmiş ərazilərdə 72 piyada əleyhinə mina aşkarlanıb.
Bu barədə Teleqraf-a Azərbaycan Minatəmizləmə Agentliyindən məlumat verilib.
Bildirilib ki, 932,9 hektar ərazi minalardan təmizlənib.
Bir həftə ərzində işğaldan azad olunan ərazilərdə 18 tank əleyhinə mina, 72 piyada əleyhinə mina, 758 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.