BAKI, 24 dekabr. TELEQRAF

“Sevindirici haldır ki, nə ötən il, nə də bu il ailələr arasında dini zəmində hər hansı mübahisəyə zəmin yaranmayıb”.

Teleqraf xəbər verir ki, bu sözləri Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Din Xadimlərinin ll Forumunda deyib.

"Cəmiyyətdə münaqişə və mübahisələr mövcuddur. Ən çox rast gəlinən mübahisələr ailə daxilində baş verir. Elə ailələr var ki, ər və arvad müxtəlif dini baxışları təmsil edirlər. Lakin bu mübahisə üçün zəmin yaratmayıb", - o qeyd edib.

Onun sözlərinə görə, bu istiqamətdə mövcud olan ən böyük problemlər əsasən sosial şəbəkələrlə bağlıdır.