BAKI, 13 noyabr. TELEQRAF
“Rəqəmsallaşmanın artırılması istiqamətində addımlar atılmalı, bu əsasda xəritələrin hazırlanması üçün müasir maddi-texniki təminat yaradılmalıdır”.
Teleqraf xəbər verir ki, bunu AMEA-da keçirilən tədbirdə coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov səsləndirib.
O bildirib ki, dünyada elmi fəaliyyət dövlət və özəl maliyyə dəstəyi ilə həyata keçirilir.
“Coğrafi tədqiqatların vacib hissəsi ekspedisiyaların təşkilidir. Bu yaxınlarda Qarabağa ekspedisiya təşkil olundu. Orada tədqiqatlar aparmaq lazımdır. Həmin ərazilərdə minalar var. Coğrafiya İnstitutunun dronları olmalıdır ki, o ərazilər xəritələşdirilə bilsin. Bu iş üçün maliyyəni necə əldə edə biləcəyimizlə bağlı ciddi düşünməliyik”,- professor qeyd edib.