BAKI, 13 noyabr. TELEQRAF
“Müasir coğrafiya elminin inkişafı istiqamətində hazırlanan elmi əsərlər, xəritələr və atlaslarda institut əməkdaşları yaxından iştirak edir”.
Teleqraf xəbər verir ki, bu fikri AMEA-da keçirilən Həsən Əliyev adına Coğrafiya İnstitutunun yaradılmasının 80 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə institutun baş direktoru Zaur İmrani səsləndirib.
O bildirib ki, institun əməkdaşları orta məktəb dərsliklərinin hazırlanmasında da iştirak edirlər:
“Müasir coğrafiya elmi dedikdə, Azərbaycanın müstəqillik dövründə aparılan elmi tədqiqatlar nəzərdə tutulur. Bu tədqiqatların bir qismi təbiətin inkişaf qanunlarına əsaslanır.
İkinci mühüm istiqamət Xəzər dənizi ilə bağlıdır. Xəzər dənizi üzrə aparılan elmi araşdırmalar institutun fəaliyyətində əsas prioritetlərdəndir".
Z.İmrani vurğulayıb ki, institut gələcək illərdə elmi reytinq cədvəlində yerini daha da möhkəmləndirməlidir.