BAKI, 7 noyabr. TELEQRAF

Noyabrın 7-8-də Günəşin cənub yarımkürəsində alışmalar hesabına aktivlik yüksək səviyyədə qalacaq.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, Günəş aktivliyi radiorabitə siqnallarını noyabrın 8-də 70-80%, noyabrın 9-da 30-35% əngəlləyə bilən M sinif alışmalar hesabına artıb.

Yüksək coğrafi enliklərdə noyabrın 7-də maqnit qasırğasının gücü 10 ballıq şkalada Kp indeksi ilə 6-7 olacaq, sonrakı günlərdə azalaraq normal fon səviyyəsinə qayıdacaq. Azərbaycanın da daxil olduğu orta coğrafi enliklərdə noyabrın 7-də qasırğanın gücü Kp infeksi ilə 6 olacaq, sonrakı günlər azalaraq fon səviyyəsinə qayıdacaq.