BAKI, 6 noyabr. TELEQRAF

"2026-cı il büdcəsi makroiqtisadi dayanıqlılıq əsasında formalaşıb".

Teleqraf xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisdə 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, növbəti il üçün nəzərdə tutulan büdcə sosial-iqtisadi inkişafa möhkəm təməl yaradır:

“Ana prinsip müdafiə və təminat məsələləridir. Ölkənin təhlükəsizliyinin gücləndirilməsi və maddi təminat çərçivəsi büdcədə öz əksini tapıb. Sosial rifahın artırılması əsas istiqamətlərdən biridir”.

O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzura geri dönüş üçün maliyyə təminatı ayrılıb. İqtisadi aktivliyin artırılması və özəl sektorun dəstəklənməsi də əsas hədəflər sırasındadır.