BAKI, 31 oktyabr. TELEQRAF
Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına direktor və direktor müavini təyin edilib.
Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bundan sonra xəstəxanaya Pərviz Hacıyev rəhbərlik edəcək.
O, ixtisasca uroloqdur və yeni təyinata qədər özəl tibb müəssisələrinin birində həkim-uroloq vəzifəsində çalışıb. P.Hacıyev 2001-2009-cu illərdə Ankara Universitetinin Tibb fakültəsində bakalavr, 2010-2015-ci illərdə urologiya ixtisası, 2016-2019-cu illər üzrə isə uşaq urologiyası ixtisası üzrə uzmanlıq təhsili alıb.
Xəstəxananın direktor müavini - baş həkim vəzifəsinə Elçin Mustafayev təyin olunub. O, da ixtisasca uroloqdur və yeni təyinata qədər eyni tibb müəssisəsinin Endourologiya şöbəsinin müdiri vəzifəsini icra edib.
Qeyd edək ki, bundan öncə Respublika Klinik Uroloji Xəstəxanasına tibb üzrə fəlsəfə doktoru Fariz Babayev rəhbərlik edib. O, öz ərizəsi ilə işdən azad edilib.