BAKI, 30 oktyabr. TELEQRAF

"Əvvəlki dövrlərdə maddi-texniki baza və ölkənin iqtisadi vəziyyəti səbəbindən icbari tibbi sığortaya keçid mümkün deyildi".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex"in rəsmi açılış mərasimində deyib.

O bildirib ki, sonrakı dövrlərdə yeni klinikaların yaradılması, yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi, iqtisadi inkişaf icbari tibbi sığortaya keçməyə şərait yaradıb.

"Biz əvvəlki qaydalarda və bir çox qanunlarda dəyişikliklər etdik və nəticədə icbari tibbi sığortanı tətbiq etdik. COVİD-19 pandemiyası icbari tibbi sığortaya keçidi müəyyən qədər çətinləşdirmişdi, lakin hazırda sistem geniş ərazini əhatə edir", - o əlavə edib.