BAKI, 25 oktyabr. TELEQRAF
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışa çıxarılan mənzillərdən son bir ayda daha 15 mənzil satılıb.
Teleqraf xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, mənzillər Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarındadır.
Hazırda 1057 mənzilin satışı davam edir və satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Hər biri 3 və 4 otaqlı olan bu mənzillərin satışı ms.sosial.gov.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır. Onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.