BAKI, 20 oktyabr. TELEQRAF
İşğaldan azad edilmiş Xocavənd rayonunun Tağaverd kəndi ərazisində 20 oktyabr tarixində mina hadisəsi baş verib.
Bu barədə Teleqraf-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, ekskavator operatoru vəzifəsində çalışan Agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.