BAKI, 16 oktyabr. TELEQRAF

"Cari ilin ilk 9 ayı ərzində sahibsiz itlər ən çox Masazır və Xırdalan ərazisindən toplanıb".

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin icraçı direktoru Hicran Hüseynova məlumat verib.

O qeyd edib ki, ötən günlərdə Masazırda Mərkəz tərəfindən 250-ə yaxın it tutulub.

"Bizim mərkəz sahibsiz heyvanların rifahını yaxşılaşdırmaq üçün fəaliyyət göstərir. Gün ərzində çox sayda müraciətlər olur. Ötən 9 ay ərzində minlərlə sahibsiz it qısırlaşdırılıb", - Hicran Hüseynova bildirib.