XANKƏNDİ, 15 oktyabr. TELEQRAF
"Xankəndi, Xocalı və Ağdərədə 4 minə yaxın sakin təhsil, həmçinin digər sahələrdə çalışır. Son dövrlərdə 19-a yaxın yaşayış məntəqəsi bərpa olunub".
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Üçüncü Milli Şəhərsalma Forumunda (NUFA3) çıxışı zamanı deyib.
O qeyd edib ki, sözügedən ərazilərə 65 milyon manatdan çox özəl investisiya qoyulub:
“Bu inversitisiya Xankəndi, Ağdərə və Xocalıda yeni iş yerlərinin açılmasına xidmət etdi. Təxminən 3 minə yaxın yeni iş yerləri açılıb".
Onun sözlərinə görə, əkinə yararlı torpaqların sakinlərə verilməsi yönündə də işlər davam etdirilir.
"İlkin olaraq 147 ailəyə - Xanyurdu, Ballıca kənd sakinlərinə torpaqlar paylanılıb".