BAKI, 14 oktyabr. TELEQRAF

“11-ci Bakı Beynəlxalq Kitab Sərgisinə 7 gün ərzində gözlənildiyindən daha artıq, ümumilikdə 80 mindən çox ziyarətçi qatılıb. Həftənin istirahət günləri ilə yanaşı iş günlərində də sərgiyə olan insan axını məhz kitab bayramına olan böyük oxucu marağının göstəricisidir”.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, metronun “28 May”, “Elmlər Akademiyası” və “Koroğlu” stansiyalarının qarşısından ziyarətçilərin sərgiyə ödənişsiz daşınması üçün avtobuslar ayrılıb:

“Sözügedən avtobuslar müəyyən olunmuş intervalla insanların Bakı Ekspo Mərkəzinə və oradan geri daşınmasını həyata keçirib. Hətta şənbə və bazar günləri ziyarətçilərin çoxluğunu nəzərə alaraq əlavə avtobusların ayrılması təmin olunub. Məsələ ilə əlaqədar səsləndirilən narazılıqlara gəldikdə isə bildirmək istəyirik ki, ziyatərçilərin həddindən artıq çox olması və yollardakı sıxlıqlar səbəbindən, eləcə də nəqliyyatın hərəkəti ilə bağlı kommunikasiya məsələlərində müəyyən qısamüddətli çətinliklər müşahidə olunsa da, qısa zamanda aradan qaldırılıb.

Sərgi günlərində milli və beynəlxalq zallarda fəxri və xarici yazarlar da daxil olmaqla tanınmış müəlliflərlə görüşlər, imza saatları, kitab təqdimatları, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları, kitab sənayesinin subyektləri arasında əməkdaşlıq platformaları və iştirakçı ölkələrin mədəni irsinin nümayişi ilə bağlı 200-dən artıq tədbir təşkil olunub. Bu tədbirlərdən bir çoxu məhz uşaqlar və məktəblilər üçün nəzərdə tutulub. Belə ki, sərgidə xüsusi olaraq hazırlanan uşaq zonasında, Uşaq İncəsənət Festivalının iştirakçıları üçün ayrılan məkanda, F.Köçərili adına Respublika Uşaq Kitabxanasının stendində, Bakı Ekspo Mərkəzinin foyesində, eləcə də təqdimat zonalarında və ayrı-ayrı nəşriyyatların stendlərində 7 gün ərzində vaxtaşırı olaraq azyaşlı ziyarətçilər üçün xüsusi proqramlar həyata keçirilib və böyük maraqla qarşılanıb. Aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət nəticəsində paytaxtdakı ali və orta təhsil müəssisələrinin tələbə və şagirdlərinin sistemli şəkildə sərgidə iştirakı təmin edilib. Dünyaca tanınmış uşaq yazarları, İngiltərəli Georgia Byng, Litvalı Evelina Daciute və Türkiyəli Məryəm Kurtun sərgidə iştirakı və azyaşlı kitabsevərlərlə görüşləri təşkil edilib”.

Məlumatda qeyd olunub ki, sərgi günlərində milli və beynəlxalq zallarda fəxri və xarici yazarlar da daxil olmaqla tanınmış müəlliflərlə görüşlər, imza saatları, kitab təqdimatları, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları, kitab sənayesinin subyektləri arasında əməkdaşlıq platformaları və iştirakçı ölkələrin mədəni irsinin nümayişi ilə bağlı 200-dən artıq tədbir təşkil olunub:

“Bu tədbirlərdən bir çoxu məhz uşaqlar və məktəblilər üçün nəzərdə tutulmuşdu. Belə ki, sərgidə xüsusi olaraq hazırlanan uşaq zonasında, Uşaq İncəsənət Festivalının iştirakçıları üçün ayrılmış məkanda, F.Köçərili adına Respublika Uşaq Kitabxanasının stendində, Bakı Ekspo Mərkəzinin foyesində, eləcə də təqdimat zonalarında və ayrı-ayrı nəşriyyatların stendlərində 7 gün ərzində vaxtaşırı olaraq azyaşlı ziyarətçilər üçün xüsusi proqramlar həyata keçirilmiş və böyük maraqla qarşılanıb. Aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət nəticəsində paytaxtdakı ali və orta təhsil müəssisələrinin tələbə və şagirdlərinin sistemli şəkildə sərgidə iştirakı təmin edilib. Dünyaca tanınmış uşaq yazarları, İngiltərəli Georgia Byng, Litvalı Evelina Daciute və Türkiyəli Məryəm Kurtun sərgidə iştirakı və azyaşlı kitabsevərlərlə görüşləri təşkil edilmişdir”.