BƏRDƏ, 11 oktyabr. TELEQRAF

Bərdə-Yevlax yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bu gün saat 10:40 radələrində 2 nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.

***

10:34

Bərdədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi Bərdə -Yevlax yolunda qeydə alınıb.

Hərəkətdə olan "VAZ"2106 markalı avtomobil "İnfiniti" markalı avtomobillə toqquşub.

Avtomobildə olan şəxslərdən xəsarət alanların olduğu bildirilib.

Faktla bağlı araşdırma başlanılıb.