BAKI, 7 oktyabr. TELEQRAF

“Elmi tədqiqatlar qlobal dünya trendlərinə uyğun aparılmalıdır. Bu istiqamətdə beynəlxalq əməkdaşlıq daha da genişləndirilməlidir”.

Teleqraf xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə bildirib.

Rektor qeyd edib ki, bu gün elmin nüfuzu cəmiyyətin inkişafında mühüm rol oynayır:

“Akademiyanın yaranması daha qədim köklərə dayanır. BDU ilə AMEA arasında mənəvi və elmi bağ elmimizin inkişafında hərəkətverici qüvvədir. Doktorantura və dissertasiya işləri birgə həyata keçirilir. Universitetdə doğulan ideyalar Akademiyada elmi araşdırmalarla inkişaf etdirilir. Biz aparıcı dayaq və strateji tərəfdaşlarıq”.

Elçin Babayev əlavə edib ki, elm və universitet əməkdaşlığı genişləndirilir.