BAKI, 24 sentyabr. TELEQRAF

Daxil olan müraciət əsasında Lerik rayonu, Piran kəndində fəaliyyət göstərən “043” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, market fiziki şəxs Yusubov Zakir Məmmədkərim oğluna məxsus olub.

Belə ki, marketdə istifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları və içkilərin satışa çıxarıldığı aşkarlanıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.