BAKI, 4 sentyabr. TELEQRAF
2025-ci ilin yanvar-avqust ayları ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 105 min nəfərdən çox və ya 2,03% artıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin 1 sentyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 5 mln. 200 min nəfərdən çox olub.