FÜZULİ, 25 avqust. TELEQRAF
Füzulidə Baş Mil kanalının qurudulması nəticəsində Nihad Nağızadənin meyiti tapılıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, meyit kanalın bunkerində aşkarlanıb.
Əslən Aşağı Seyidəhmədli kəndindən olan və Zobucuq 4 qəsəbəsində yaşamış 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadə iyunun 26-da rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda batmışdı.
***
17:41
Füzulidə iki ay öncə kanalda batan yeniyətmənin axtarışları üçün Baş Mil kanalının suyu qurudulub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, kanal boyunca 20 gün axtarış aparılsa da, tunel hissədə suyun çoxluğu səbəbindən oraya lazımi şəkildə baxış keçirilməyib.
Nihad Nağızadənin atası Vüqar Nağızadə bir daha aidiyyəti qurumlara müraciət edərək, suyun qarşısının kəsilməsi üçün kömək istəyib.
Bu gün Baş Mil kanalının Füzuli rayonu Böyük Bəhmənli ərazisindəki Birinci Bunkerdə suyu tamamilə qurudulub.
Əslən Aşağı Seyidəhmədli kəndindən olan və Zobucuq 4 qəsəbəsində yaşamış 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadə iyunun 26-da rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda batmışdı.
Hazırda Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, həmçinin Mülki müdafiə qoşunlarının qüvvələri yenidən yeniyetmənin meyitinin axtarışlarına başlayıb.
Hazırda axtarışlar davam etdirilir.