BAKI, 14 avqust. TELEQRAF

İyul ayı ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 1169 müraciət olub.

Teleqraf xəbər verir ki, bu, Dövlət Miqrasiya Xidmətinin aylıq statistik göstəricilərində əks olunub.

Statistikaya görə, ötən ay əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlərin sayı 56741, yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciət sayı 11226, vətəndaşlıq məsələləri ilə bağlı müraciət sayı 137, vətəndaşlığına dair mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı müraciət sayı isə 1914 olub.