BAKI, 9 avqust. TELEQRAF

İlon Mask növbəti dəfə süni intellektin iş dünyasına təsiri ilə bağlı qəribə şərh verib.

Teleqraf xəbər verir ki, Mask bu dəfə "Bütün peşələr təhlükə altındadır, o cümlədən mənim işim də" yazmaqla süni intellektin hər sektora təsir edəcəyini bildirib.

Mask bunu tibbdə süni intellektdən istifadə və ChatGPT-nin xərçəngdən sağalan insana dəstəyi ilə bağlı mediada yayımlanmış bir xəbərin şərh bölümüdə qeyd edib.