BAKI, 8 avqust. TELEQRAF
"Bizə hər ay təlimlər keçilir və biz də orada öyrəndiklərimizi iş zamanı tətbiq edirik".
Teleqraf xəbər verir ki, bunu Bakı Metropoliteninin stansiya növbətçisi Mətanət Cəbrayılova mətbuata açıqlamasında deyib.
"Platforma növbətçisi səhər zəng edib bir qadının özünü pis hiss etdiyini dedi. Yaxınlaşıb su, şirin çay verdim. Sonra məlum oldu ki, doğuş başlayır. Hamımız səfərbər olduq. Təcili yardım çağırdıq. Şükürlər olsun ki, doğuş uğurla başa çatdı".
Xatırladaq ki, bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.