BAKI, 21 iyul. TELEQRAF

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, general-mayor Orxan Qasımova ağır itki üz verib.

Bu barədə Teleqraf-a onun yaxınları bildirib.

General-mayorun anası Aybəniz Qasımova vəfat edib.

Mərhum bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılıacaq.

Qeyd edək ki, A.Qasımovanın həyat yoldaşı Cavanşir Tağıyev vaxtilə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri işləyib.

Xatırladaq ki, general-mayor O.Qasımovun oğlu Ayxan Qasımov 2025-ci il fevralın 24-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.