BƏRDƏ, 8 iyul. TELEQRAF

Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qəbələ və Ağcabədi rayonlarında fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım mərkəzlərinin əməkdaşlarına ötən ayın məvacibləri verilməyib.

Bu barədə Teleqraf-ın yerli bürosuna işçi heyəti məlumat verib.

Bildirilib ki, eyni problem ölkənin digər şəhər və rayonlarında da mövcuddur.

Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-ə ünvanladığımız sorğuya hələki, cavab verilməyib.