BAKI, 7 iyul. TELEQRAF
2024-2025-ci tədris ilində peşə təmayüllü siniflər əlavə 53 məktəbdə fəaliyyətə başlayaraq əhatə dairəsini genişləndirib.
Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin hesabatında yer alıb.
Bildirilib ki, ümumilikdə 249 məktəbi əhatə edib. 2024-2025-ci tədris ilində layihə çərçivəsində 4 yeni pilot ixtisasın tədrisinə başlanılıb. Layihə 1087 nəfər müəllim, 7000-dən çox şagirdi əhatə edir.
Qeyd edilib ki, “Peşə təmayüllü siniflər” layihəsinin 2025–2026-cı tədris ilində 89 yeni təhsil müəssisəsində də tətbiqi planlaşdırılır. Bu genişlənmə nəticəsində peşə təmayüllü siniflərdə 10 000-dən çox şagirdin təhsil alması nəzərdə tutulur.