
BAKI, 5 iyul. TELEQRAF
Aşura günü ümumilikdə 2696 nəfər könüllü qan verib.
Teleqraf xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu şəxslərdən ümumilikdə 1213.2 litr qan tədarük olunub.
Saat 12:00-a olan məlumata əsasən, ümumilikdə 1424 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 640,8 litr qan tədarük olunub.
Qeyd edilib ki, Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə bağlı və qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Azərbaycanda könüllü qanvermə aksiyası keçirilir.