BAKI, 2 iyul. TELEQRAF
"Biz heç kimi ittiham etmək niyyətində deyilik, amma Rusiya tərəfindən bu ölüm hadisələrinin baş verməsini təsdiqləyən sənədlər yoxdur".
Teleqraf xəbər verir ki, bunu Baş Prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Azərbaycan vətəndaşlarının Rusiyada işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı iyulun 2-də Baş Prokurorluqda keçirilən brifinqdə deyib.
O bildirib ki, ölüm səbəbləri kimi müxtəlif xəstəliklər göstərilib.
"Daxili və xarici müayinədə xəsarət izləri aşkar olunub və bunları da hər hansı xəstəliyə bağlamaq ağlabatan deyil. Bu səbəbdən Azərbaycanda cinayət işi başlanılıb", - o əlavə edib.