BAKI, 30 iyun. TELEQRAF

"Sosial Xidmətlər Agentliyinin bu günə qədər bütün ölkəni əhatə edən xidmətləri mövcuddur".

Teleqraf xəbər verir ki, bunu Agentliyin sədri Vüqar Behbudov qurumun 5 illik fəaliyyətinə dair mətbuat konfransında deyib.

O bildirib ki, ötən 5 il ərzində deportasiya, övladlığa götürmə, sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə bir sıra işlər görülür.

"Dövlət başçısının göstərişinə əsasən əlilliyi olan şəxslərə bir sıra dəstək layihələri həyata keçirilib. Şəhid ailələrinin və müharibə iştirakçılarının mənzil təminatı 5 dəfə genişləndirilib. Müharibə dövründə həmin şəxslərə 6800 ev verilib.

2025-ci ildə isə minə yaxın şəxs mənzillə təmin edilib", - o əlavə edib.

O qeyd edib ki, 2023-2025-ci illər ərzində 23 cəzaçəkmə müəssisəsində keçirilən tədbirlər nəticəsində cəzaçəkmə müəssisəsində 8 ayı qalmış 783 nəfər anket sorğusu ilə qiymətləndirilib.

O bildirib ki, 132 nəfər sosial məsuliyyət yardımı alıb.