BAKI, 26 iyun. TELEQRAF
Böyük Britaniya alimləri uşaqlığın selikli qişasında qadınlarda erkən hamiləlik itkisinə səbəb olan anormallıqları aşkar edə biləcək bir test hazırladıqlarını açıqlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, bir neçə dəfə erkən hamiləlik itkisi yaşayan qadınlar üçün bu test yeni müalicələrə səbəb ola bilər.
Uorvik Universitetindən bir heyət, dəfələrlə belə itki yaşayan bəzi qadınlarda embrionun implantasiyası üçün təhlükəsiz yer təmin etməli olan bətnin daxili qişasının anormal xüsusiyyətlər göstərdiyini aşkarlayıblar.
Elmi təşkilatlar deyirlər ki, bu tapıntılar travmatik və məyusedici itkiləri izah etməyə kömək edə bilər.
Təxminən altı hamiləlikdən biri, əksəriyyəti ilk 12 həftədə itki ilə yadda qalır. Hər bir itki sonrakı hamiləliklərdə yenidən itki riskini artırır.