BAKI, 21 iyun. TELEQRAF

2025-ci ilin göstəricilərinə əsasən, yaşı 70 və daha yuxarı olan 541,9 min nəfər var və bu ümumi əhali sayının 5.3 faizi deməkdir.

Teleqraf xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin “Azərbaycan rəqəmlərdə” qısa statistik məcmuəsində əks olunub.

Ötən il bu faiz 4.9 olub. Hər 1000 kişiyə 1324 qadın düşür.