
LAÇIN, 20 iyun. TELEQRAF
"İlk dəfədir ki, Qarabağdayam və buranın belə sakit və gözəl olacağını heç vaxt təsəvvür etməmişdim".
Bunu Teleqraf-a açıqlamasında Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanq deyib.
O bildirib ki, Qarabağda tikinti işləri sürətli və çox yaxşı təşkil olunmuş formada aparılır:
“Ümid edirəm ki, bu tikinti işləri tezliklə tamamlanacaq və bölgədə tam mənada sülh bərpa olunacaq”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanqın etimadnaməsini qəbul edib.