BAKI, 11 iyun. TELEQRAF
"Bu gün ailəni, mənəvi dəyərləri təsir altına alan sınaqlarla üz-üzəyik".
Teleqraf xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman Türk dövlətlərinin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” adlı tədbirdə çıxışı zamanı deyib.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin 170 milyondan artıq əhalisi var və bunun 40 faizini gənclər təşkil edir. Ona görə də ailə və gəncliyi qorumaq strateji məsələdir. Bu gün təkcə siyasi, iqtisadi sahələrdə yox, ailəni, mənəvi dəyərləri təsir altına alan sınaqlarla üz-üzəyik. Bu günkü tədbir ailə siyasətlərinin yaradılması, ortaq həll yolları tapmaq, təcrübələrimizi bölüşmək baxımından xüsusi əhəmiyyət daşıyır", - o qeyd edib.