BAKI, 9 iyun. TELEQRAF

Sabirabad rayonunun Qalağayın kəndində avtomobil yanıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Fövqəlada Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib.

"Nazirliyin 112 qaynar xəttinə Sabirabad rayonu Qalağyın kəndi ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə dərhal nazirliyin rayon mühafizə xidmətinin qüvvələri cəlb olunublar. Avtomobildə baş verən yanğın söndürülüb. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğından ətrafda yerləşən kommunikasiya xəttləri mühafizə olunub", - deyə qurumdan bildirilib.