BAKI, 4 iyun. TELEQRAF
25 may tarixində keçirilmiş Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb.
Bu barədə Teleqraf-a Təhsil İnstitutundan məlumat verilib.
Şagirdlər nəticələrini http://kenquru-2025.az/ saytından və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.
Qeyd edilib ki, qaliblər üçün təşkil olunacaq yay düşərgəsi və mükafatlandırma ilə bağlı yaxın günlərdə məlumat veriləcək.