BAKI, 4 iyun. TELEQRAF

Azərbaycanda ən dərin zəlzələlər Xəzərdə baş verir. Xəzərdə elə zəlzələlər var ki, 3-5 km dərinlikdə də olur.

Teleqraf xəbər verir ki, bunu RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyinə həsr olunmuş “Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda Ümumrespublika Konfransında deyib.

O bildirib ki, zəlzələlər 60-70 km dərinlikdə baş verir.

"Orta Xəzərdən cənub-şərqə doğru neft yataqları çoxdur. Buna görə yeraltı təkanların baş verdiyi aktiv lokal sahələr çoxdur", - Q.Yetirmişli əlavə edib.