BAKI, 1 iyun. TELEQRAF
İyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq iyunun 5-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Teleqraf Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.